Ərdoğan: Bir zamanlar region üçün xəyal sayılan meqalayihələr Azərbaycanla birgə uğurla icra olunub
sizinxeber.az xəbər saytı

Ərdoğan: Bir zamanlar region üçün xəyal sayılan meqalayihələr Azərbaycanla birgə uğurla icra olunub


Bir zamanlar region üçün xəyal sayılan meqalayihələr Azərbaycanla birgə uğurla icra olunub.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Bakı Enerji Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə qeyd edilib.

O, müraciətində regionda baş verən hadisələr fonunda Azərbaycanla enerji sahəsində atılan addımların nə qədər düzgün və uzaqgörən olduğunu bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb:

"Bir zamanlar region üçün xəyal hesab olunan meqalayihələr Azərbaycanla birgə uğurla icra edilib və bu istiqamətdə əməkdaşlıq davam edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəməri layihələrini xüsusi qeyd etmək olar. Eyni zamanda "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələri çərçivəsində əməkdaşlıq daha da dərinləşib".

Türkiyə lideri həmçinin 2025-ci ildə istifadəyə verilən İğdır-Naxçıvan təbii qaz kəmərinin Naxçıvanın enerji təchizatının təhlükəsizliyini daha da möhkəmləndirdiyinə vurğulayıb:

"Türkiyə ilə Azərbaycan arasında elektrik enerjisi bağlantılarının strateji əhəmiyyət daşımağa davam edəcəyinə ümidvaram. Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında "Yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti" layihəsinin həyata keçirilməsi regionumuzun enerji təhlükəsizliyinə mühüm töhfə verəcək".

Ərdoğan eyni zamanda Türkiyə ilə Azərbaycanın birgə təşəbbüsü nəticəsində Suriyaya qaz tədarükünün başlanmasının da bu ölkənin inkişafına və regional təhlükəsizliyə mühüm töhfə verdiyini söyləyib.

Xatırladaq ki, Türkiyə prezidentinin müraciətini Bakıda bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib.

Oxşar xəbərlər

Ərdoğan: Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır
Azərbaycanda I rübdə 7 milyon tona yaxın neft-kondensat hasil edilib
I rübdə Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi açıqlanıb
Ərdoğan Türkiyə - Azərbaycan təbii qaz sahəsi üzrə əməkdaşlıq sazişini təsdiqləyib
Azərbaycan 4 ayda 9 milyon tondan çox neft-kondensat hasil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər