Aİ və Pakistan regional böhranlar fonunda əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib
Avropa İttifaqı (Aİ) və Pakistan Aİ-Pakistan Strateji Dialoqunun səkkizinci raundu çərçivəsində İslamabadda keçirilən danışıqların yekunları üzrə ticarət, investisiyalar, təhlükəsizlik və regional diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsi niyyətini təsdiqləyib.
"Sizinxeber.az"un Avropa bürosunun məlumatına görə, bu barədə Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə bildiriblər.
İ.Dar qeyd edib ki, K.Kallasın səfəri tərəflər arasında münasibətlərdə artan dinamikanı əks etdirir: "Aİ-nin ali nümayəndəsi son dəfə 2019-cu ildə Pakistana səfər edib. Buna görə də Kaya Kallasın İslamabada səfəri tərəflər arasında tərəfdaşlıqda artan impulsu simvolizə edir".
İ.Darın sözlərinə görə, tərəflər "GSP+" ticarət preferensiyaları rejimi çərçivəsində ticarət əlaqələrinin inkişafını, Yaxın Şərqdə, Əfqanıstanda və Cənubi Asiyada vəziyyəti, həmçinin təhlükəsizlik və terrorla mübarizə məsələlərini müzakirə ediblər: "Aİ Pakistanın əsas ticarət tərəfdaşları sırasına daxildir, tərəflər arasında ticarət həcmi təxminən 12 milyard avro təşkil edir".
Pakistan XİN-in rəhbəri Aİ-yə ABŞ ilə İran arasında münaqişənin tənzimlənməsində Pakistanın vasitəçilik səylərinə dəstəyə görə təşəkkür edib.
K.Kallas isə Pakistanı mühüm regional güc və Aİ-nin əsas tərəfdaşı adlandırıb.
Avropa diplomatiyasının rəhbəri həmçinin Vaşinqton və Tehran arasında əlaqələrdə Pakistanın vasitəçilik rolunu yüksək qiymətləndirib və bəyan edib ki, İslamabadın diplomatik səyləri müharibənin qarşısını almağa və atəşkəs rejiminin saxlanmasına kömək edib.
Oxşar xəbərlər
Kaya Kallas Mirzoyanla görüşüb
İshaq Dar Vaşinqtonda Rubio ilə Pakistan-ABŞ münasibətlərinin inkişafını müzakirə edib
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşüb - FOTO
Ceyhun Bayramov və Kaya Kallasın geniştərkibli görüşü olub - YENİLƏNİB-2
Kaya Kallas Səudiyyə Ərəbistanına səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
İsrail Livandakı Bofor qalasını "təhlükəsizlik zonası"nın bir hissəsi kimi saxlayacaq
-
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
Konqoda balina ovlayan qayıq qayaya çırpılıb, 11 nəfər həlak olub
