Paşinyan yeni katolikos seçkiləri ilə bağlı müraciət edib
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni katolikos seçkiləri ilə bağlı Apostol Kilsəsinin ardıcıllarına müraciət edib.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, müraciətdə seçkilərlə bağlı təşkilati məsələlərin həlli üçün Koordinasiya Qrupu yaratmaq zərurəti ön plana çəkilib.
Paşinyan deyib ki, "Müqəddəs Eçmiəzdin Baş iqamətgahının azad olunması və yeni katolikos seçkilərinin təşkili üçün fəal addımlar atılmalı və hazırkı mərhələdə yuxarıda qeyd olunan gündəliklə bağlı təşkilati məsələlərin həlli üçün Koordinasiya Qrupu yaradılmalıdır.
"Koordinasiya Qrupunun üzvləri həm kişilər, həm qadınlar, həm ruhani, həm də dindar olmayan şəxslər ola bilərlər. Lakin ruhani şəxslərin, xüsusilə monastır həyatına sadiq olanların subaylıq əhdini pozmamış olmaları vacibdir", - müraciətdə qeyd olunub.
Qeyd edək ki, son günlər Nikol Paşinyan II Qareginin öz könüllü subaylıq əhdini pozduğu və övladının olduğu barədə sosial hesablarında paylaşımlar edib.
Oxşar xəbərlər
Nikol Paşinyan: II Qaregin subaylıq əhdini pozub, övladı da var
Paşinyan II Qaregini subaylıq andı və övladının olub-olmaması ilə bağlı suallara cavab verməyə çağırıb
Paşinyan yenidən II Qaregindən izahat tələb edib: Susmaq razılıq deməkdir
Paşinyan: Demarkasiyadan sonra Ermənistan-Azərbaycan sərhədində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq
Paşinyan Qarabağ hərəkatını Ermənistanın dövlətçiliyinə təhlükə adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













