AMB əhaliyə müraciət edib: Bank hesablarından vəsaitlərin təkrar silinməsi kibermüdaxilə deyil, texniki nasazlıq aradan qaldırılıb
sizinxeber.az xəbər saytı

AMB əhaliyə müraciət edib: Bank hesablarından vəsaitlərin təkrar silinməsi kibermüdaxilə deyil, texniki nasazlıq aradan qaldırılıb


24 iyun 2026-cı il tarixində “Azərikard” MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı bildirilir ki, sözügedən insident hər-hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil, texniki səbəblərdən baş vermişdir.

Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Əhalinin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş sistemlərinin, eləcə də ölkədə fəaliyyət göstərən prosessinq mərkəzlərinin və kommersiya banklarının informasiya sistemləri və ödəniş infrastrukturunun sabitliyi, davamlılığı və etibarlılığı ilə əlaqədar hər-hansı çətinlik müşahidə olunmur.

Qeyd olunan texniki nasazlıq aidiyyəti üzrə artıq aradan qaldırılmışdır.

Bank xidmətləri müştərilərindən yalnız rəsmi mənbələrdə əks etdirilən məlumatlara istinad edilməsi xahiş olunur.

Oxşar xəbərlər

AMB: "Azərikard"a üzv bankların müştərilərinə təsir edən texniki nasazlıq aradan qaldırılıb - YENİLƏNİB
AMB: Ödəniş sistemləri üzrə qanuna dəyişiklik ediləcək
Bir sıra tibb müəssisələrinin elektron qeydiyyat sistemində yaranmış texniki nasazlıq aradan qaldırılıb - YENİLƏNİB
Metroda QR-la ödəniş sistemində yaranmıış çətinlik aradan qaldırılıb
AMB qanunsuz işləyən ödəniş və elektron pul təşkilatlarına xəbərdarlıq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər