Bu il aksizli mallarla bağlı 1072 hüquqpozma faktı aşkarlanıb, 97 min manatdan çox cərimə tətbiq olunub
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsi tərəfindən 2026-cı il yanvarın 1-dən etibarən həyata keçirilən tədbirlərin nəticələri açıqlanıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşı Orxan Sultanov məlumat verib.
O bildirib ki, hesabat dövründə ümumilikdə 1072 hüquqpozma faktı aşkarlanıb. Onlardan 4-ü cinayət, 1068-i isə inzibati xəta xarakterlidir.
Orxan Sultanovun sözlərinə görə, cinayət xarakterli faktlardan 3-ü üzərində məcburi nişanlama aparılmalı olduğu halda nişanlanmamış siqaretlərin qanunsuz dövriyyəsi ilə bağlıdır.
Bundan başqa, 1 fakt üzrə gömrük orqanına bəyan edilməyən 308,30 karat brilyant qaş aşkar edilib.
Həmçinin 3 fakt üzrə məcburi nişanlanmalı olduğu halda nişanlanmamış 73 840 ədəd siqaret aşkarlanıb.
İdarə əməkdaşı qeyd edib ki, gömrük qaydalarının pozulması ilə bağlı təqsirkar fiziki şəxslərə ümumilikdə 97 169,30 manat məbləğində cərimə tətbiq olunub. Bunlardan 81 146,35 manatının ödənilməsi təmin edilib.
Bundan əlavə, 64 fakt üzrə toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Gömrük Komitəsi: Ötən il 35255 hüquqpozma faktı aşkar edilib
Bakıda 96 mindən çox aksiz markasız siqaret aşkar edilib
Bakıdan Naxçıvana yük aparan maşında bəyan edilməyən mallar aşkarlanıb
Keçən il 161 insan alveri faktı aşkarlanıb
DGK: 549 900 ədəd saxta aksiz markası və nişanlar aşkar edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
Yəmən sahilində daha bir gəmiyə silahlı hücum oldu
