Paşinyan yenidən II Qaregindən izahat tələb edib: Susmaq razılıq deməkdir
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə katolikos II Qareginə müraciət edərək, onun subaylıq andını pozması ilə bağlı ittihamlara cavab verilməsini istəyib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Paşinyan feysbuk sosial şəbəkəsində yazıb.
“II Qareginin susması nədən xəbər verir? Biz ondan subaylıq andını pozması və uşağının olması ilə bağlı məsələyə ictimai izahat gözləyirik”, - Ermənistan hökumətinin başçısı bildirib.
Paşinyanın sözlərinə görə, cavabın verilib-verilməməsindən asılı olmayaraq, hər bir variant katolikosun mənəvi statusu üçün ciddi nəticələrə səbəb olur.
“Susmaq razılıq deməkdir və faktiki olaraq onu katolikosluqdan kənar edir. Həqiqəti söyləmək də onu katolikosluqdan uzaqlaşdırmaq deməkdir. Yalan danışmaq isə onun özünü katolikosluqdan kənarlaşdırır”, - Paşinyan qeyd edib.
Xatırladaq ki, mayın 29-da hökumətin iclasında Nikol Paşinyan erməni kilsələrinin zibillə dolu şkaflara bənzədiyini söyləmişdi. Ertəsi gün o, sosial şəbəkədə Ermənistan Apostol Kilsəsinin iyerarxlarına qarşı kobud ifadələr işlətdiyi və arxiyepiskoplardan birini cinsi əxlaqsızlıqda ittiham etdiyi sərt yazı dərc edib. Eyni zamanda, baş nazir subaylıq andını pozan bütün din xadimlərinin dini vəzifə və statuslarının əlindən alınmasını tələb edib.
Oxşar xəbərlər
Paşinyan II Qaregindən əl çəkmir: Subaylıq andını pozması və övladının olması ilə bağlı məsələyə aydınlıq gətirməlidir
Paşinyan II Qaregini subaylıq andı və övladının olub-olmaması ilə bağlı suallara cavab verməyə çağırıb
Paşinyan: Ermənistan Aİİ-də özünü yaxşı hiss edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
