Dana Kasımova: Niderland şirkətləri Orta Dəhlizin inkişafında iştirak edə bilərlər
Niderland Qazaxıstanın ən böyük investoru olaraq qalır, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 125 milyard dolları ötüb.
"Report"un Qazaxıstan bürosu xəbər verir ki, bu barədə ölkənin Xarici Ticarət Palatası İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən Dana Kasımova Astanada iki ölkə arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının möhkəmləndirilməsi üzrə Qazaxıstan-Niderland işgüzar şurasının II iclasında bildirib.
Kasımova qeyd edib ki, Niderland şirkətləri Qaraçağanaq və Kaşaqanda iri layihələrin həyata keçirilməsində iştirak edirlər. Qazaxıstanda həmçinin Niderlandın iştirakı ilə 700-dən çox şirkət qeydiyyatdan keçib.
2025-ci ildə Qazaxıstanla Niderland arasında əmtəə dövriyyəsi əsasən ixrac hesabına artıb. Qazaxıstanın Niderlanda ixracı təxminən 6 milyard dollar təşkil edib. Bu ixracın əsas hissəsi Qazaxıstandan olan neft və neft məhsullarının payına düşür. Niderland isə Qazaxıstana maşınlar, avadanlıqlar, o cümlədən tibb avadanlıqları, eləcə də kənd təsərrüfatı məhsulları və güllər ixrac edir.
Əməkdaşlığın perspektivləri barədə danışan Kasımova sənaye, maşınqayırma, kənd təsərrüfatı və nəqliyyat sahələrində potensialın olduğunu qeyd edib.
O, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu xüsusi vurğulayıb. Kasımovanın sözlərinə görə, Niderland şirkətləri artıq bu istiqamətdə cəlb olunublar və gələcəkdə infrastruktur layihələrində iştirak edə bilərlər.
Oxşar xəbərlər
Qazaxıstan və Çinin ticarət dövriyyəsi 48 milyard dolları ötüb
Səfir: Liman infrastrukturu, logistika və BOEM Niderlandla əməkdaşlığın yeni istiqamətləridir
Qazaxıstanla Çin arasında investisiya portfeli 60 milyard dolları ötüb
Niderland Ukraynaya 25 zirehli maşın göndərəcək
Niderland şirkətləri Azərbaycanın su-kanalizasiya sektoru ilə maraqlanırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
