Nikol Paşinyan: II Qaregin subaylıq əhdini pozub, övladı da var
sizinxeber.az xəbər saytı

Nikol Paşinyan: II Qaregin subaylıq əhdini pozub, övladı da var


"II Qaregin öz könüllü subaylıq əhdini pozub və uşağı var".

APA xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesablarında paylaşıb.

"Bu faktdır və əgər II Qaregin bunu təkzib etməyə cəhd göstərərsə, mən bunu lazımi formatda sübut edəcəyəm. Bununla əlaqədar olaraq, Erməni Apostol Kilsəsinin kanonik hüququna əsasən, II Qaregin nə yepiskop, nə arxiyepiskop ola bilərdi, nə də seçilə bilərdi. O, katolikos ola bilməz. Ktrich Nersisyan Patrixar iqamətgahını tərk etməlidir.

Erməni Apostol Kilsəsinin inanclı davamçısı kimi, mənəvi irsimizin hər bir dəyərinə, hər bir əşyasına, hər bir obrazına və daşına sevgi ilə yanaşan bir insan kimi bəyan edirəm: Erməni Apostol Müqəddəs Kilsəsinin yenidən seçilmiş bir katolikosu olmalıdır, və bu şəxsin nüfuzu, mənəvi təmizliyi katolikos seçkilərindən əvvəl yoxlanmalı və təsdiqlənməlidir.

Müqəddəs Erməni Apostol Kilsəsinin inanclı davamçılarını Patrixar iqamətgahının sevgi və xristian ruhunda azad olunması və bütün ermənilərin katolikosu vəzifəsinə həqiqətən müqəddəs bir din xadiminin seçilməsi gündəliyi ətrafında birləşməyə çağırıram", - paylaşımda qeyd edilib.

Oxşar xəbərlər

Paşinyan “Hraparak” qəzetini məhkəməyə verəcək
Paşinyan güc strukturlarına din xadimləri haqqında məlumat toplamağı tapşırıb
Paşinyan yenidən II Qaregindən izahat tələb edib: Susmaq razılıq deməkdir
II Qaregin ABŞ-yə səfərə gedib
Paşinyan II Qaregindən əl çəkmir: Subaylıq andını pozması və övladının olması ilə bağlı məsələyə aydınlıq gətirməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər