Paşinyan Qarabağ hərəkatını Ermənistanın dövlətçiliyinə təhlükə adlandırıb
sizinxeber.az xəbər saytı

Paşinyan Qarabağ hərəkatını Ermənistanın dövlətçiliyinə təhlükə adlandırıb


Baş nazir Nikol Paşinyan Qarabağ hərəkatını Ermənistanın dövlətçiliyinə təhlükə adlandırıb.

Sizinxeber.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumət başçısı bunu bu gün Ermənistan parlamentində çıxışı zamanı deyib.

O bildirib ki, hərəkatın bərpasına hər hansı cəhd ölkə üçün dağıdıcı olacaq.

Onun sözlərinə görə, Ermənistan müstəqilliyini elan etdikdən sonra ilk növbədə Qarabağ probleminin həllinə yönəlmiş dövlət modeli hazırlanıb. Qalan hər şey bu fikrə qurban verilib. Paşinyan özü də əvvəlcə bu modellə razılaşıb. Lakin sonradan əlində olan məlumatlara əsaslanaraq başa düşüb ki, əgər Ermənistan üçün müstəqillik Qarabağ probleminin həlli vasitəsi idisə, bəzi xarici oyunçular üçün Qarabağ məsələsinin özü Ermənistanın inkişafının qarşısını almaq, sonra isə onun dövlətçiliyini alçaltmaq üçün bir vasitədir.

Paşinyan bəyan edib ki, Qarabağ hərəkatının davam etdirilməsi cəhdi dağıdıcıdır, çünki o, Ermənistanın müstəqilliyinə və suverenliyinə qarşı alət olub və olaraq qalır.

Oxşar xəbərlər

Paşinyan: Ermənistan qonşularının suveren ərazilərini tanıyır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan: “Qarabağ hərəkatı” Ermənistan dövlətinin quruculuğunda maneə idi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan: Ermənistan Türkiyə ilə münasibətlər qurmalı, quru sərhədləri açılmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan: “Qarabağ hərəkatı” Ermənistan dövlətinin quruculuğununda maneə idi [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər