Murmanskda görünən PUA-lardan birinin Norveçdən gəldiyi iddia olunur - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Murmanskda görünən PUA-lardan birinin Norveçdən gəldiyi iddia olunur - YENİLƏNİB


Murmansk vilayətində üç PUA məhv edilib.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, hazırda regionun bütün hava limanları - Murmansk və Apatitıda uçuşlar dayandırılıb.

Qubernator Andrey Çibis bildirib ki, “düşmən PUA-ları Murmansk vilayətinə uçuşlar keçirir. Onların məhv edilməsi üçün hava hücumundan müdafiə vasitələri işləyir, təhlükəsizliyin yüksəldilməsi üçün lazımi tədbirlər görülür”.


“Shot” teleqram kanalı Murmansk vilayətində görünən PUA-lardan birinin Norveçdən uçduğuna dair məlumat yayıb. Məlumata görə, o, saat 11 radələrində görünüb. PUA Olenya aerodromuna doğru uçub. 2,5 saat əvvəl Murmansk vilayəti üzərində səmada Arxangelsk vilayəti istiqamətindən uçan daha iki PUA görünüb.

***

11:53

Rusiyanın Murmansk hava limanı bağlanıb.

Sizinxeber.az-nın Rusiya bürosu SHOT-a istinadən xəbər verir ki, PUA hücumu təhlükəsi səbəbindən hava limanında uçuşlar müvəqqəti olaraq məhdudlaşdırılıb.

Qeyd edilib ki, hava limanı saat 9:30-dan etibarən uçuşları qəbul etmir. Arxangelskdən bir neçə reysin gecikdiyi bildirilib.

Oxşar xəbərlər

Kursk səmasında 19 PUA zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN: Ötən gecə Rusiya səmasında Ukraynaya məxsus 117 PUA, 4 raket məhv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya ötən gecə Ukraynaya məxsus 28 PUA vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lukaşenko: Belarus HHQ ötən gecə Ukraynanın hava hədəflərini məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Rusiya hərbi təyyarələri 300 dəfə NATO hava məkanına yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər