Kolumbiyada avtobus qəzası nəticəsində azı 10 nəfər ölüb
Kolumbiyanın qərbində tələbələri daşıyan avtobusun baryerə çırpılması nəticəsində azı 10 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qəza qurbanlarının təhsil aldığı Aleksandr fon Humboldt Universiteti məlumat yayıb.
"Avtobusda 22 tələbə, iki müəllim və müəssisəmizin rabitə şöbəsinin əməkdaşı olub", - rektor Dieqo Xaramilyo Lopez universitetin instaqramdakı səhifəsindəki müraciətində deyib.
Təhsil müəssisəsi yeddi tələbə və üç universitet əməkdaşı olmaqla, ölənlərin siyahısını açıqlayıb. “Caracol” telekanalının məlumatına görə, qəza nəticəsində 8 tələbə ölüb.
Təcrübədən qayıdan tələbələri daşıyan avtobus körpünün baryerinə çırpılıb. İlkin məlumata görə, sürücü idarəetməni itirib.
Oxşar xəbərlər
Braziliyanın şərqində avtobus qəzasında azı 17 nəfər həlak olub
Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb
Peruda musiqiçiləri daşıyan avtobus dərəyə aşıb, doqquz nəfər ölüb
Peruda avtobusun toqquşması nəticəsində 13 nəfər ölüb
Braziliyada ağır yol qəzasında ölənlərin sayı 38 nəfərə çatıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








