Magistraturaya qəbul imtahanında təkrar iştirak üçün qeydiyyat elan edilir
sizinxeber.az xəbər saytı

Magistraturaya qəbul imtahanında təkrar iştirak üçün qeydiyyat elan edilir


14 iyun 2026-cı il tarixində keçiriləcək magistraturaya qəbul imtahanının ikinci cəhdində təkrar iştirak üçün qeydiyyat elan edilir.

Bu barədə APA-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, bakalavrların ərizə qəbulu 23 may saat 23:59-dək internet vasitəsilə aparılır.

İmtahan Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçiriləcək. Bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bütün bakalavrlar iştirak edə bilərlər.

17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı Bakı, Abşeron və Sumqayıtda imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər

Qəbul imtahanında 2 və ya 3 dəfə iştirak etmiş bakalavrlar ixtisaslaşma seçimi zamanı müsabiqə şərtlərini ödəyən ən yüksək nəticələrini seçə bilərlər.

Oxşar xəbərlər

Magistraturaya qəbulun II cəhdinə qeydiyyat bu gün başa çatacaq
Magistraturaya qəbul imtahanının II cəhdinə qeydiyyat bu gün başa çatır
Magistraturaya qəbul imtahanı modelinə uyğun sınaq imtahanına qeydiyyat müddəti uzadılıb
Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak üçün qeydiyyat bu gün başa çatır
Magistraturaya qəbul imtahanının ikinci cəhdinə qeydiyyat elan edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər