Baş direktor: Səudiyyə Ərəbistanı beynəlxalq tikinti şirkətlərini mənzil layihələrinə dəvət edir
Səudiyyə Ərəbistanı beynəlxalq tikinti şirkətlərini mənzil layihələrinə dəvət edib.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Səudiyyə Ərəbistanının Bələdiyyələr və Mənzil Nazirliyinin Təchizat Zənciri üzrə baş direktoru Əli Əl-Əhməd deyib.
O bildirib ki, Səudiyyə Ərəbistanı əlçatan mənzil layihələrində iştirak etmək istəyən yerli və beynəlxalq tikinti şirkətləri üçün açıqdır.
Əli Əl-Əhməd qeyd edib ki, ölkə əlçatan mənzil tikintisi üçün subsidiyalaşdırılmış torpaq, infrastruktur və güzəştli kreditlər təqdim edir.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı müxtəlif biznes modelləri və metodologiyalar vasitəsilə beynəlxalq şirkətlərlə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Səudiyyə Ərəbistanı rəsmisi bütün podratçı və daşınmaz əmlak şirkətlərini ölkədəki imkanlarla tanış olmaq üçün ölkəsinə dəvət edib.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı rəsmisi: Biz artıq 1000 deyil, 1 milyon ev üçün qiymət danışığı aparırıq
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur
Səudiyyə Ərəbistanı WUF13-də iştirak edəcək
Uruqvay naziri: Mənzil siyasəti sosial bərabərlik üçün əsasdır
Səudiyyə Ərəbistanı nümayəndəsi: Ölkəmiz görünməmiş şəhər transformasiyasına başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
