sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Braziliyanın şərqində avtobus qəzasında azı 17 nəfər həlak olub
Braziliyanın şərqində dağ yolunda avtobusun aşması nəticəsində azı 17 nəfər həlak olub və təxminən 30 nəfər xəsarət alıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə yerli G1 portalı məlumat yayıb.
Hadisə Alaqoas ştatının Unian-dos-Palmaris bələdiyyəsində yerləşən Serra-da-Barriqa yaşayış məntəqəsi yaxınlığında baş verib. Portalın məlumatına görə, avtobusda 40 nəfər olub. Qəza nəqliyyat vasitəsinin texniki nasazlığı səbəbindən baş verib və nəticədə sürücü idarəetməni itirib.
İlkin olaraq Alaqoas ştatının iqtidar orqanları 23 nəfərin həlak olduğunu bildiriblər, lakin sonradan bu rəqəmi 17-yə endiriblər.
Oxşar xəbərlər
Hindistanda yol qəzasında iki nəfər həlak olub, 14 nəfər xəsarət alıb
Yəməndə avtobusun dağdan aşması nəticəsində azı 14 nəfər ölüb
Hindistanda avtobusun dərəyə aşması nəticəsində azı 23 nəfər ölüb
Əfqanıstanda mikroavtobusun dərəyə aşması nəticəsində azı 7 nəfər ölüb
Uttar-Pradeş ştatında rikşa və yük maşınının toqquşması nəticəsində 11 nəfər həlak olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













