Azərbaycanın kamandan oxatma yığması Avropa çempionatında iştirak edəcək
Azərbaycanın kamandan oxatma yığması Türkiyədə açıq havada keçiriləcək Avropa çempionatında iştirak edəcək.
"Report" Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən xəbər verir ki, qitənin ən nüfuzlu yarışında ölkəmizi Yaylagül Ramazanova, Məhəmmədəli Əliyev, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova, Sərdar Vəliyev və Nurlan Rəhimli təmsil edəcəklər.
Çempionatın proqramına uyğun olaraq, idmançılar fərdi, komanda və qarışıq növlərdə hədəf qarşısına keçəcəklər.
Oxatanlar çempionata sistemli və yüksək səviyyədə hazırlıq çərçivəsində Quba Olimpiya İdman Kompleksində Belarus millisinin üzvləri ilə birgə məşqlər keçiblər. Komanda mayın 3-dən etibarən hazırlıq prosesini Antalyada, bilavasitə çempionatın keçiriləcəyi məkanda beynəlxalq təlim-məşq toplanışı ilə davam etdirib.
Qeyd edək ki, yarış mayın 18-dən 24-dək Antalya şəhərində keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan kamandan oxatma millisi Qubada Belarus yığması ilə birgə hazırlıq keçirir
Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
Azərbaycanın kamandan oxatma hakimləri beynəlxalq sertifikatlaşdırma proqramlarına cəlb olunacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
