Uruqvayın keçmiş prezidenti Xose Muxika vəfat edib
Uruqvayın keçmiş prezidenti, xərçəng xəstəliyindən əziyyət çəkən Xose Muxika 90 yaşında vəfat edib.
“Sizinxeber.az”un xəbərinə görə, bu barədə Uruqvay Prezidenti Yamandu Orsi “X” sosial şəbəkəsində məlumat verib.
“Dərin kədər hissi ilə yoldaşımız Pepe Muxikanın vəfatını bildiririk”, - paylaşımda qeyd olunur.
Orsinin sözlərinə görə, Muxika təkcə prezident deyil, həm də fəal, nümunəvi insan və lider olub. "Biz sizin üçün çox darıxacağıq, əziz qoca. Bizə verdiyiniz hər şeyə və xalqımıza göstərdiyiniz böyük məhəbbətə görə təşəkkür edirəm", - o əlavə edib.
Yanvar ayında Muxika ona diaqnozu qoyulan qida borusu xərçəng xəstəliyinin başqa orqanlara keçdiyini və müalicəsinin mümkün olmadığını açıqlayıb və həmyerliləri ilə vidalaşıb.
Oxşar xəbərlər
Namibiya prezidenti vəfat edib
Tramp: ABŞ və Çin sıçrayışla ticarət razılaşmalarına nail olublar
Uruqvaylı futbolçu 27 yaşında vəfat edib
EBRD-nin Bakı ofisinin keçmiş rəhbəri vəfat edib
Estoniyanın keçmiş Prezidenti vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













