Anar Vəliyev: "Şəhər planlaşdırmasında psixoloji rifah faktoru öndə olmalıdır"
Şəhər planlaşdırmasında psixoloji rifah faktoru önə çıxarılmalıdır.
"Report" xəbər verir ki, bunu ADA Universitetinin dosenti, şəhərsalma üzrə planlaşdırıcı Anar Vəliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Neyro-urbanizm: Şəhərlər beyni, davranışı və psixi rifahı necə formalaşdırır?" adlı tədbirdə bildirib.
"Gəlin məşhur bir filmdən bir səhnəni xatırlayaq. Nyu-Yorkluların bütün neqativ enerjisi nəhəng, ağ rəngli, gülməli bir dənizçi obrazında cəmlənərək fiziki forma qazanırdı. Sanki bütün mənfi hisslər bir bədheybətə çevrilib təcəssüm olunurdu. Eyni məntiqi şəhər miqyasında təsəvvür etsək, məsələn, Bakı sakinlərinin bütün neqativ emosiyalarını bir yerə toplasaq, ortaya çıxacaq "emosional bədheybət" bəlkə də daha da böyük olardı. Demək istədiyim odur ki, şəhər planlaşdırmasında təkcə fiziki infrastruktur deyil, psixoloji rifah da mütləq nəzərə alınmalıdır.
Uzun müddət yanaşma belə idi: "Evimiz var, su gəlir, işıq var - deməli, hər şey qaydasındadır." Bu çərçivədən kənara çıxılmırdı. Bəzi insanlar feng şui kimi yanaşmalardan və məkanın insana təsirindən danışsalar da, bu mövzu bizdə sistemli şəkildə dərk olunmamışdı.
Son illərdə isə daha aydın görünür ki, memarlıq və şəhər mühiti insanların depressiya səviyyəsinə, psixoloji sabitliyinə, intihar riskinə və təşviş hallarına birbaşa təsir göstərə bilər. Xüsusilə COVID-19 pandemiyasından sonra bu daha aydın şəkildə hiss olundu. COVID-19 bizə göstərdi ki, insan çox vaxt dörd divar arasında qalır, həmin məkan onun gündəlik həyatını, psixoloji vəziyyətini ciddi şəkildə formalaşdırır. Çölə çıxa bilməmək isə ev mühitinin rifaha təsirini daha açıq şəkildə üzə çıxardı", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Ekspert: "Gələcəyin şəhərləri psixoloji prinsiplərlə layihələndirilməlidir"
Şahnaz Bədəlova: "Şəhərsalma sosial-ekoloji ehtiyaclara cavab verməlidir"
Frank D'Ondt: Dünyada Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi üçün mütəxəssis çatışmazlığı var
Anar Quliyev: "Şəhərlər qlobal emissiyaların təxminən 70 %-ini təşkil edir"
Read Qasımov: "WUF13 Azərbaycanın şəhər inkişafına innovativ yanaşmalara bağlılığını əks etdirir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
