WUF13 “Bakı Fəaliyyət Çağırışı” ilə yekunlaşacaq, gələcək istiqamətlər müəyyənləşəcək
sizinxeber.az xəbər saytı

WUF13 “Bakı Fəaliyyət Çağırışı” ilə yekunlaşacaq, gələcək istiqamətlər müəyyənləşəcək


WUF13 “Bakı Fəaliyyət Çağırışı” ilə yekunlaşacaq.

Sizinxeber.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Səviyyəli Şəhər Dialoqunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O qeyd edib ki, bu sənəd mənzil, dayanıqlı urban inkişafı üzrə gələcək istiqamətləri müəyyən edəcək.

Anar Quliyev Azərbaycanda yenidənqurma sahəsində aparılan işlərdən də danışıb: “Bu sahədə Qarabağ və Şərqi Zəngəzurun bərpası xüsusi əhəmiyyət daşıyır. Uzun illər işğal və dağıntılardan sonra biz sadəcə əvvəlkini bərpa etmirik, “build back better” prinsipi ilə tamamilə yeni şəhərlər və kəndlər qururuq. Bu model “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji”, insan mərkəzli dizayn prinsiplərinə əsaslanır. İqlim və “yaşıl tikinti” sahəsində isə beynəlxalq maliyyə institutları ilə birlikdə Azərbaycanın “yaşıl tikinti” yol xəritəsini hazırlayırıq”.

Oxşar xəbərlər

Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
WUF13 çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə bağlı xüsusi təqdimatlar olacaq
Anar Quliyev: Urbanizasiya bizim üçün yeni anlayış deyil, bu, kimliyimizin bir hissəsidir
Qarabağla Şərqi Zəngəzurda mənzil və inftastruktur layihələrinə yatırılan vəsaitin həcmi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər