"Bloomberg": Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır
Hörmüz boğazından naviqasiyanın avqusta qədər bərpa olunmayacağı halda, hadisələrin inkişafı qlobal iqtisadiyyat üçün 2008-ci ilin dünya maliyyə böhranı ilə müqayisə oluna biləcək tənəzzül təhlükəsi yaradır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "Rapidan Energy Group" konsaltinq şirkətinin analitiklərinin məlumatlarına istinadən bildirib.
Baza proqnozu olaraq şirkət boğazın fəaliyyətinin iyul ayında bərpa olunacağını güman edir. Hadisələrin bu cür inkişafı variantında ekspertlər neftə olan məcmu tələbatın sutkada 2,6 milyon barel azalacağını və "Brent" markalı neftin qiymətinin bir barel üçün 130 dollara qədər artacağını proqnozlaşdırırlar.
Daha neqativ ssenaridə isə naviqasiyanın bərpasının avqusta qədər ləngiməsi üçüncü rübdə neft tədarükü çatışmazlığının sutkada 6 milyon barel təşkil etməsinə gətirib çıxara bilər.
"Hazırkı makroiqtisadi şərait 1970-ci illər və ya 2007-2008-ci illər dövrü ilə müqayisədə daha az ekstremaldır. Bununla belə, bu nisbətən daha dayanıqlı başlanğıc mövqeyi neft kotirovkalarının uzunmüddətli artımının maliyyə və makroiqtisadi zəiflikləri kəskinləşdirə biləcəyi təhlükəsini aradan qaldırmaq iqtidarında deyil", - agentlik şirkətin analitik məruzəsindən sitat gətirib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.
Oxşar xəbərlər
OPEC+ ölkələri növbəti 25 ildə neft tədarükünü sutkada 62,9 milyon barelə çatdıracaq
“ING Group” “Brent” markalı neftin qiymət üzrə proqnozunu bu il üçün 65 dollara endirib
EIA 2024-cü il üçün Azərbaycanda neft hasilatı proqnozunu aşağı salıb
BEA: Azərbaycanda martda gündəlik neft hasilatı təxminən 470 min barel olub
“OPEC+”un payı dünya neft bazarında 2050-ci ilə qədər 52 %-ə çatacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Anar Kərimov: "Azərbaycan mənzil siyasətində "yaşıl maliyyələşmə"yə üstünlük verir"
-
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı! - 70%-dək xüsusi endirimlər - VİDEO
