UN-Habitatın mütəxəssisi: Mənzil məsələləri şəhər gündəmlərinin ən mühüm mövzularından birinə çevrilib
"Mənzil təminatı ən fundamental hüquq və əsas tələbat olsa da, bu sahədə bir çox problemlərlə üzləşirik".
Sizinxeber.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Siyasətdən Təsirə: Miqyaslı Mənzil Çatdırılması” adlı sessiyada UN-Habitatın layihə idarəetmə üzrə mütəxəssisi Haesunq Ahn deyib.
O bildirib ki, dünyada şəhərlər ÜDM-in 70 faizindən çoxunu yaradır:
“Evlərin iş yerlərindən çox uzaqda yerləşməsi, sərfəli mənzil layihələrinin tamamilə əlçatmaz olması və planlaşdırma sisteminin reaksiya verməyə imkan tapmadığı sürətlə böyüyən qeyri-qanuni yaşayış məskənlərinin yaranması əsas problemlərdir. Buna görə də mənzil məsələləri milli və ya şəhər gündəmlərinin ən mühüm mövzularından birinə çevrilib”.
O sonda qeyd edib ki, bir çox ölkələr öz şəhərsalma siyasətlərində davamlılıq, adekvatlıq və maliyyə baxımından əlçatanlıq mövzularına xüsusi diqqət yetirirlər.
Oxşar xəbərlər
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Malayziya 10 ildə 1 milyon əlverişli və inklüziv mənzil tikməyi planlaşdırır
Çexiyalı nazir: Mənzil əlçatanlığı, infrastruktur ehtiyacları və regional fərqlər əsas çağırışlardır
BMT Assambleyasının Prezidenti: Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
