Fransada təhlükəli cinayətkar səhvən həbsxanadan buraxılıb
sizinxeber.az xəbər saytı

Fransada təhlükəli cinayətkar səhvən həbsxanadan buraxılıb


Fransada bir həftəyə yaxındır, həbsxanadan səhvən buraxılan cinayətkar axtarılır.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə "Fiqaro" qəzeti Bordo şəhər Prokurorluğuna (Fransanın cənub-qərbində yerləşən liman şəhəri - red.) istinadən yazıb.

Məlumata görə, xüsusilə təhlükəli zorakılıq cinayətinə görə 11 il cəza çəkən 25 yaşlı gənc Fransadan Mərakeşə deportasiya edilməli olan digər məhbusun əvəzinə Qradinyan kommunası həbsxanasından azad edilib. Həbsxana rəhbərliyi məhbusların oxşar adlarını qarışdırıb.

Hazırda hakimiyyət orqanları hadisə ilə bağlı araşdırma aparır. Cinayətkar axtarışa verilib və onun barəsində Avropa İttifaqının bütün ölkələrində qüvvədə olan həbs qərarı verilib.

Oxşar xəbərlər

Mozambikdə həbsxanadan 6 minə yaxın təhlükəli cinayətkar qaçıb
Fransada cinayətkarlığın səviyyəsi kəskin artıb, məhbusların saxlanılması üçün yerlər çatışmır
Pavel Durovun qardaşı Fransada axtarışa verilib
Çadda həbsxanadan qaçmağa cəhd nəticəsində azı dörd nəfər ölüb
Qazaxıstanda ötən il 19 xüsusi təhlükəli cinayətkar qruplaşma zərərsizləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər