Nazir müavini: FHN genişmiqyaslı erkən xəbərdarlıq sistemləri təşəbbüslərini dəstəkləyir
sizinxeber.az xəbər saytı

Nazir müavini: FHN genişmiqyaslı erkən xəbərdarlıq sistemləri təşəbbüslərini dəstəkləyir


Fövqəladə Hallar Nazirliyi genişmiqyaslı erkən xəbərdarlıq sistemləri təşəbbüslərini dəstəkləyir.

Sizinxeber.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində “Erkən xəbərdarlıqlar və davamlı şəhərlər” adlı tədbirdə fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov deyib.

O qeyd edib ki, ictimai maarifləndirmə, yerli səviyyədə fəlakət risklərinin planlaşdırılması və icra olunması, eləcə də kommunikasiya sistemlərinin təşkili mühüm əhəmiyyət daşıyır:

“İqlimə dayanıqlı şəhərlərin inkişafı və infrastrukturun iqlim dəyişikliklərinə uyğunlaşdırılması əsas prioritetlərdəndir. Ərazi planlaşdırma sənədlərinin hazırlanması, layihələndirmədə optimallıq və şəhər infrastrukturunun iqlimə dayanıqlı şəkildə qurulması vacib amillərdəndir. Tikinti və şəhərsalma fəaliyyətinin hər mərhələsində ətraf mühit amillərinin şəhər infrastrukturuna təsiri nəzərə alınır. Təbii fəlakətlərin təsirinin azaldılması və şəhərlərin ekoloji amillərə dayanıqlılığının artırılması üçün bir sıra vacib tədbirlər həyata keçirilməlidir. Enerji səmərəli işıqlandırma və istilik sistemlərindən istifadə, su təchizatı infrastrukturunun inkişafı, tikinti sahəsində mütəxəssislərin iqlim dəyişikliyi barədə maarifləndirilməsi, bərpa olunan enerji mənbələrindən istifadə və ağıllı şəhər konsepsiyası əsasında bina və qurğuların iqlim dayanıqlılığının artırılması istiqamətində FHN tərəfindən ciddi işlər aparılır. Bütövlükdə erkən xəbərdarlıq sistemlərinin təşkili və şəhərlərin iqlim dayanıqlılığında birgə əməkdaşlıq vacibdir".

Oxşar xəbərlər

Cəbrayıl Xanlarov: Azərbaycanda erkən xəbərdarlıq sistemlərinin inkişafı üzrə müzakirələr aparılır
Umayra Tağıyeva: Azərbaycan meteoroloji sistemin modernləşdirilməsinə ciddi investisiyalar yatırıb
Bakıda "Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi" mövzusunda tədbir keçirilib
İtaliyalı nazir müavini: Azərbaycan WUF13-ə uğurla ev sahibliyi edir
Dimitris Avramopulos: Dünya əhalisinin yarısı şəhərlərdə yaşayır, bu göstərici getdikcə artır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər