"Kolambus Kryu" Nəriman Axundzadənin köməyi ilə yarımfinala yüksəlib
sizinxeber.az xəbər saytı

"Kolambus Kryu" Nəriman Axundzadənin köməyi ilə yarımfinala yüksəlib


Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" komandasında məhsuldar ötürmə müəllifi olub.

"Report" xəbər verir ki, 22 yaşlı hücumçu "Nyu-York Siti"yə 1:0 hesabı ilə qalib gəldikləri ABŞ Açıq Kubokunun 1/4 final oyununda assistlə yadda qalıb.

O, 59-cu dəqiqədə qələbə qolunun vurulmasında önəmli rol oynayıb.

Qarşılaşmaya ilk "11-lik"də başlayan N.Axundzadə 64-cü dəqiqədə əvəzlənib.

Xatırladaq ki, "Kolambus Kryu" yarımfinalda "Orlando Siti" ilə üz-üzə gələcək. Azərbaycan millisinin üzvünün komandası ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Oxşar xəbərlər

Nəriman Axundzadə "Kolambus Kryu"nun qələbəsində pay sahibi olub
Nəriman Axundzadə ABŞ klubunda debüt edib
Nəriman Axundzadə bu gün ABŞ-da debüt edə bilər
Henrik Ridström: "Nəriman və Qomes kimi futbolçular rəqabəti artırmalıdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər