Qazaxıstanda ötən il 19 xüsusi təhlükəli cinayətkar qruplaşma zərərsizləşdirilib
sizinxeber.az xəbər saytı

Qazaxıstanda ötən il 19 xüsusi təhlükəli cinayətkar qruplaşma zərərsizləşdirilib


Ötən il Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi (MTK) polislə birlikdə 19 xüsusi təhlükəli mütəşəkkil cinayətkar qrupun fəaliyyətinin qarşısını alıb.

“Sizinxeber.az”un yerli bürosunun məlumatına görə, bu barədə Milli Təhlükəsizlik Komitəsinin Mətbuat xidməti xəbər yayıb.

Qeyd edilir ki, ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə mütəşəkkil cinayətkar dəstənin 72 rəhbəri və fəal iştirakçısı cinayət məsuliyyətinə cəlb edilib. Adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, soyğunçuluq və digər ağır cinayətləri törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb. Onlardan 40-ı mühakimə olunub, qalanları üzrə ibtidai araşdırmalar davam etdirilir”, - Komitədən bildirilib.

MTK transmilli və regional cinayətkar qrupların ictimai təhlükəsizliyə qarşı təhdidlərinə qarşı kompleks tədbirləri davam etdirir.

Oxşar xəbərlər

Qazaxıstanda mütəşəkkil cinayətkar dəstənin 50-dən çox üzvü saxlanılıb
Türkiyədə mütəşəkkil cinayətkar qrupa qarşı əməliyyat keçirilib, 30 şübhəli saxlanılıb
Bu ilin doqquz ayı ərzində 158 cinayətkar qrup zərərsizləşdirilib
Azərbaycanda rüşvətlə bağlı cinayətlərin sayı azalıb
Türkiyədə mütəşəkkil cinayətkar dəstələrə qarşı əməliyyat keçirilib, 95 şübhəli saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər