Qətər Misir iqtisadiyyatına 7,5 milyard dollar sərmayə qoyacaq
Qətər ölkələr arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün Misir iqtisadiyyatına birbaşa 7,5 milyard ABŞ dolları dəyərində sərmayə qoymağa razılıq verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında Dohada keçirilən görüşün yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.
“Tərəflər növbəti mərhələdə Qətərdən 7,5 milyard ABŞ dolları həcmində birbaşa investisiya planının həyata keçirilməsi üzərində işləmək barədə razılığa gəliblər”, - Əs-Sisinin ofisi tərəfindən yayılan sənəddə deyilir.
Qahirənin vəsaitləri nə vaxt alacağı və onların dəqiq necə istifadə ediləcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, Misir 2023-cü ilin payızından, Qırmızı dənizdəki vəziyyətlə əlaqədar ölkənin Süveyş kanalının istismarından əldə etdiyi gəlirin xeyli azaldığı vaxtdan iqtisadi cəhətdən ciddi çətinliklər yaşayır. Əs-Sisi qeyd edib ki, kanalda gəmiçilik fəaliyyətinin azalması səbəbindən Misir iqtisadiyyatı hər ay 800 milyon ABŞ dolları itirir. ABŞ Prezidenti Donald Trampın 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumlarının tətbiqi ilə bağlı son qərarı vəziyyəti daha da gərginləşdirə bilər.
Oxşar xəbərlər
Bayden Qəzzada atəşkəs üçün Sisi və Şeyx Təmimlə telefonla danışıb
Qətər, Misir və ABŞ İsrail və HƏMAS-ı atəşkəs danışıqlarını bərpa etməyə çağırıb
Misir və ABŞ liderləri Qəzzada atəşkəs üçün işi davam etdirəcəklər
Yunanıstan, Kipr və Misir enerji sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər
Misir və Rusiya prezidentləri arasında telefon danışığı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













