Bayden Qəzzada atəşkəs üçün Sisi və Şeyx Təmimlə telefonla danışıb
ABŞ prezidenti Co Bayden Misir prezidenti Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə Qəzzada aparılan atəşkəs danışıqları ilə bağlı son vəziyyəti dəyərləndirib.
APA xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savett bildirib.
Onun sözlərinə görə Bayden Misir prezidenti Sisi və Qətər əmiri Şeyx Təmimlə ayrı-ayrılıqda telefonla danışaraq Dohada atəşkəs danışıqlarında əldə edilən ciddi irəliləyişləri müzakirə edərək növbəti proseslə bağlı fikirlərini onlarla bölüşüb.
Qeyd edək ki, İsrail və HƏMAS arasında Qəzza zolağında əsirlərin mübadiləsi və atəşkəsin əldə edilməsi məqsədilə cümə axşamı və cümə günləri Qətərin paytaxtı Dohada danışıqlar aparılıb.
Oxşar xəbərlər
Qətər, Misir və ABŞ İsrail və HƏMAS-ı atəşkəs danışıqlarını bərpa etməyə çağırıb
Dohada Qəzzada atəşkəs üzrə danışıqlar başlayıb
KİV: Dohada Qəzza üzrə danışıqlarda irəliləyiş əldə olunub
Bayden Qəzzanı danışıqlarda Misir və Qətərin təmsil etdiyini bəyan edib
Fransa, Almaniya və Britaniya Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













