Yunanıstan, Kipr və Misir enerji sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər
Yunanıstan, Kipr və Misir liderləri enerji, müdafiə, liman xidmətləri və mədəniyyət sahələrində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
"Report"un "ERT News" telekanalına istinadən verdiyi məlumata görə, bunu Qahirədə keçirilən üçtərəfli sammitin yekunları üzrə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis deyib.
Onun sözlərinə görə, sammitdə enerji sahəsində strateji əməkdaşlığı gücləndirmək öhdəliyi bir daha təsdiqlənib.
Qeyd edək ki, bu gün Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Yunanıstan Baş naziri Kiriakos Mitsotakis və Kipr Prezidenti Nikos Kristodulides arasında 10-cu üçtərəfli sammit keçirilib.
Tərəflər, eləcə də Kipr qazının Misirin LNG qurğuları vasitəsilə ixracı imkanları və Misirlə Yunanıstan arasında elektrik enerjisi bağlantısı mövzularını müzakirə ediblər.
Oxşar xəbərlər
Baş nazir: "Yunanıstan TAP-ın genişləndirilməsini dəstəkləməyə hazırdır"
Ermənistan, Yunanıstan və Kipr arasında müdafiə məsələlərinə dair üçtərəfli məsləhətləşmələr keçirilib
Yunanıstan Baş naziri: COP kimi tədbirlərə çox optimist yanaşırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Ekvador və Kurasaodan heç-heçə
