Daniel Noboanı Ekvadordakı prezident seçkilərinin qalibi elan edilib
Ekvadorun Milli Seçki Şurası (MSŞ) hazırkı prezident Daniel Noboanı dövlət başçısı seçkilərinin ikinci turunda qalib elan edib.
“Sizinxeber.az” xəbər verir ki, bunu MSŞ-nin sədri Diana Atamaint mətbuat konfransında bildirib.
“Ekvador xalqına bildiririk ki, protokolların 90 %-nin emalı nəticəsində prezident seçkilərinin ikinci turunda dönməz tendensiya müşahidə olunur. MSŞ “Milli Demokratik Hərəkat” partiyasından olan namizədləri (prezident və vitse-prezident – red.) Daniel Noboa və Maria Xose Pintonu qalib hesab edir”, – seçki qurumunun sədri söyləyib.
Atamaintin fikrincə, səslərin hesablanmasının nəticələri “xalqın iradəsinin dəqiq əksidir”.
Daha əvvəl Noboanın seçkilərdəki rəqibi Luisa Qonsales məğlubiyyətini tanımaqdan imtina edib və səslərin yenidən sayılmasına çağırıb.
MSŞ-nin protokolların 92,64 %-nin emalından sonra dərc edilmiş məlumatlarına görə, Noboa seçicilərin 55,88 %-nin, Qonsales isə 44,12 %-nin səsini qazanıb. Namizədlər arasındakı fərq 1,1 milyon səsdən çoxdur.
Oxşar xəbərlər
Moldovada prezident seçkiləri: Sandu qələbə qazanır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ekvadorda prezident seçkilərinin ikinci turu keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moldovada prezident seçkilər: müxalifətin namizədi öndədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ekvadorun hazırkı prezidenti dövlət başçısı seçkilərində liderlik edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rumıniyada prezident seçkilərinin ikinci turunda Çolaku və Laskoni qarşılaşacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












