Moldovada prezident seçkiləri: Sandu qələbə qazanır - YENİLƏNİB
Moldovada baş tutmuş prezident seçkilərində hazırkı dövlət başçısı Maya Sandu səslərin sayına görə rəqibi Aleksandr Stoyanoqlonu geridə qoyur.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının protokolların 92,47 faizinin emalından sonra məlum olub.
İlkin nəticələrə görə, Sandu seçicilərin 50,18 faizinin etibarını qazanıb. Stoyanoqloya isə seçicilərin 49,82 faizi səs verib.
Moldovada baş tutmuş prezident seçkilərinin ikinci turunda 51,12 faiz səslə Aleksandr Stoyanoqlo öndədir.
“Sizinxeber.az” xəbər verir ki, ilkin nəticələri ölkənin Mərkəzi Seçki Komissiyası protokolların 87 %-ini emal etdikdən sonra açıqlayıb.
Hazırkı dövlət başçısı Maya Sandu isə, ilkin nəticələrə görə, seçicilərin 48,88 faizinin etibarını qazanıb.
Moldova prezident seçkilərinin ikinci turunda yerli vaxtla saat 21:30-a (Bakı vaxtı ilə 23:30) qədər seçici fəallığı 54,13 % təşkil edib.
Oktyabrın 20-də keçirilmiş birinci turda bu vaxta qədər 51,4 %, 2020-ci il prezident seçkilərinin ikinci turunda isə 52,8 % seçici səs vermişdi.
Qeyd edək ki, ikinci tura ilk turda 42,49 % səs toplayan hazırkı prezident Maya Sandu və 25,95 % seçicinin dəstəyini qazanan keçmiş baş prokuror Aleksandr Stoyanoqlo çıxıb. İkinci turun qalibi daha çox səs toplayan namizəd olacaq.
Oxşar xəbərlər
Moldovada prezident seçkilər: müxalifətin namizədi öndədir
Moldovada prezident seçkilərində Sandu öndədir, vətəndaşların yarıdan çoxu Aİ-yə üzvlüyün əleyhinədir
Moldovada prezident seçkilərinin ikinci turunda seçici fəallığı yüksəkdir
Sandu Moldovada prezident seçkilərində 40 faizdən çox səslə liderdir - YENİLƏNİB-2
Bu gün Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Suriya müxalifət qüvvələri Homsun şimalında tam nəzarəti ələ keçirib - YENİLƏNİB
-
Marneulidə aşıq və sazbənd Bəfalı Adıgözəlovun 65 illik yubileyi qeyd olunub
-
Aİ XİN rəhbərləri Gürcüstanın Avropaya inteqrasiyasının dayandırılmasını müzakirə edəcək
-
Şövkət Ələkbərovanın ifa etdiyi daha 4 mahnının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
-
Mersisayd derbisi ertələnə bilər
-
İran XİN başçısı Qətərdə səfərdədir