Rusiya ordusu nüvə təlimləri keçirir
sizinxeber.az xəbər saytı

Rusiya ordusu nüvə təlimləri keçirir


Rusiya Silahlı Qüvvələri təcavüz təhlükəsi altında nüvə qüvvələrinin hazırlanması və istifadəsi üzrə təlimlərə başlayıb.

Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlərdə 64.000 şəxsi heyət iştirak edir.

Qeyd olunub ki, manevrlər bu gün başlayıb və 21 maya qədər davam edəcək. Təlimlərə 140-dan çox təyyarə, 73 yerüstü gəmi və 13 sualtı qayıq da daxil olmaqla 7800-dən çox texnika cəlb olunub.

Təlimlərə həmçinin Rusiya Federasiyasındakı sınaq poliqonlarında ballistik və qanadlı raketlərin atılması da daxildir.

Təlimlərdə həmçinin Belarusda yerləşən nüvə silahlarının hazırlanması və istifadəsi məsələsi də işləniləcək.

Oxşar xəbərlər

Rusiya donanma təlimlərinə başlayıb
ABŞ və Cənubi Koreya hərbi təlimlərə başlayıb
Rusiya, Çin və İran birgə təlimləri başlayıb
Rusiya Çinlə hərbi təlimlərə qatılacaq
Rusiya ordusu Ukraynanın Kuraxovo şəhərini ələ keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər