Mərakeşdə 5,2 maqnitudalı zəlzələ baş verib
sizinxeber.az xəbər saytı

Mərakeşdə 5,2 maqnitudalı zəlzələ baş verib


Mərakeşin şimalında Tanger-Tetouan-El Hoceima regionunun Ouazzane əyalətində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə "Maghreb Arabe Press" informasiya agentliyi Milli Geofizika İnstitutuna istinadən məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 20 km dərinlikdə yerləşib.

Daha əvvəl ABŞ Geoloji Xidməti bu zəlzələnin maqnitudasını 5,1 qiymətləndirib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Krallığın bir neçə böyük şəhərində, o cümlədən Rabat, Kasablanka, Tanger və Fesdə kiçik təkanlar hiss edilib.

Oxşar xəbərlər

Alyaskada 5,8 maqnitudalı zəlzələ baş verib
Qazaxıstanda 5,3 maqnitudalı zəlzələ olub
Çində 5,5 maqnitudalı zəlzələ baş verib
Tayvanda 5,2 maqnitudalı zəlzələ qeydə alınıb
İranda 4,8 maqnitudalı zəlzələ baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər