Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
İyunun 22-də Azərbaycanda rəsmi səfərdə olan İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, qonaqları Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.
Nümayəndələr Palatasının sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar.
Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadi buradakı Xatirə kitabına ürək sözlərini yazıb. Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Milli Məclisin sədri iki dost və qardaş ölkələr olan Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatdığını, bu sahədə ölkə başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək də məmnunluq doğurur.
İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadi Azərbaycana səfərə dəvətə və görüşə görə təşəkkürünü bildirib. Dünən Prezident İlham Əliyevlə görüşünə dair təəssüratlarını bölüşən qonaq iki ölkə arasındakı münasibətlərin dövlət başçılarımızın təşəbbüsləri və səyləri ilə inkişaf etdiyini vurğulayıb.
Söhbət zamanı Nümayəndələr Palatasının sədri parlamentlər arasında əlaqələrin inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi, investisiyaların təşviqi, humanitar, gənclərlə iş sahələrində əməkdaşlıq və digər mövzularda fikirlərini açıqlayıb. O, bu səfərin və Azərbaycan parlamentinin sədri ilə görüşünün parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkan olduğunu vurğulayıb.
Həmçinin parlamentlərin komitələri və dostluq qrupları arasında əməkdaşlıq imkanlarına diqqət yetirilib. O cümlədən, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Sahibə Qafarova Latviya prezidenti ilə görüşdü
İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır
İordaniya Nümayəndələr Palatasının sədri Azərbaycana gəlib
Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb
Milli Məclisin sədri Tacikistanda işgüzar səfərdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
