Rusiyaya aid freqat La-Manş boğazında Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb
sizinxeber.az xəbər saytı

Rusiyaya aid freqat La-Manş boğazında Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb


Rusiya Hərbi Dəniz Donanmasına aid "Admiral Qriqoroviç" freqatı La-Manş boğazında Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb.

APA xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

Məlumata görə, Rusiya gəmisinin heyəti Britaniya bayrağı altında üzən "Bright Future" yaxtasının təhlükəli şəkildə yaxınlaşdığını görüb.

Dənizçilər gəmi ilə bir neçə dəfə əlaqə saxlamağa çalışıblar, sonra siqnal səsləndirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yaxta xəbərdarlıqlara cavab verməyib və yoluna davam edib. Gəmilər arasındakı məsafə təxminən 150 metrə enəndə freqat komandiri xəbərdarlıq atəşi açmağı əmr edib.

Daha sonra yaxta istiqamətini dəyişib və toqquşmadan yayınıb.

Oxşar xəbərlər

KİV: Rusiya Baltik dənizində Almaniyaya məxsus helikopterə hərbi gəmidən xəbərdarlıq atəşi açıb
Ukrayna hərbçilərinə Rusiya mövqelərinə atəşi dayandırmaq əmri verilib
Fransız gəmisi Hörmüz boğazında atəşə tutuldu
Miqrantları daşıyan qayıq La-Manş boğazında batıb, ölənlər var
Rusiya son bir gündə Britaniya istehsalı olan 2 raketi vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər