Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb



Salyanda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
“Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində Sabirabad rayon sakini, 1984-cü il təvəllüdlü Səbuhi Həsənov, Salyan rayon sakinləri - 1991-ci il təvəllüdlü Könül Eminova, 1964-cü il təvəllüdlü Sevil Məmmədova, 1965-ci il təvəllüdlü Gülxar Abdulova və 1988-ci il təvəllüdlü Elnarə Mehdiyeva xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Salyanda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Salyanda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
Goranboyda qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Ağstafada qəza olub, 4 nəfər xəsarət alıb
Goranboyda qəzada xəsarət alanların kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər