Bayden Qətər əmirilə Qəzzada sülhü müzakirə edib
ABŞ prezidenti Cozef Bayden və Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani arasında telefon danışığı olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Qeyd olunub ki, tərəflər İsrail hökuməti ilə Fələstinin “HƏMAS” hərəkatı arasında atəşkəs və girovların azad edilməsi razılaşması üzrə sıx əlaqə və koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər:
“Hər iki lider girovların ailələrinə qaytarılması, qəzzalıların vəziyyətinin yüngülləşdirilməsi üçün təcili razılığın əldə olunmasının vacibliyini vurğulayıblar və razılığa çağırıblar. Onlar danışıqların bu kritik anında həm birbaşa, həm də danışıqlar aparan komandalar vasitəsilə sıx koordinasiyanı davam etdirməyə razılaşıblar”.
Bundan əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, bu həftə Qəzzada sülhlə bağlı razılığa gəlmək ehtimalı var.
Oxşar xəbərlər
Bayden və Qətər əmiri İsrail-HƏMAS razılaşmasını koordinasiya etmək barədə razılığa gəlib
Türkiyə MİT rəhbəri “HƏMAS” rəsmiləri ilə atəşkəsi müzakirə edib
Bayden Qəzzanı danışıqlarda Misir və Qətərin təmsil etdiyini bəyan edib
Bayden Netanyahuya HƏMAS ilə təcili razılaşmanın vacibliyini bildirib
Bayden Qəzzada atəşkəs üçün Sisi və Şeyx Təmimlə telefonla danışıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









