Mənzil İnşaatı Dövlət Agentliyi Azərbaycan banklarındakı depozitini geri götürüb
sizinxeber.az xəbər saytı

Mənzil İnşaatı Dövlət Agentliyi Azərbaycan banklarındakı depozitini geri götürüb


2025-ci ildə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Azərbaycan banklarında yerləşdirdiyi 105,463 milyon manat depozitini götürüb.

"Sizinxeber.az" bu barədə agentliyin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il MİDA həmçinin 96,625 milyon manat məbləğində borc qiymətli kağızlarına uzunmüddətli investisiyaları 98,274 milyon manatlıq qısamüddətli investisiyalarla əvəz edib.

Xatırladaq ki, MİDA ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 100 milyon manatdır. Agentliyin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, vətəndaşların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə qurumun tabeliyində "MİDA" MMC yaradılıb.

Oxşar xəbərlər

Mənzil İnşaatı Dövlət Agentliyi ötən il 8 milyon manatdan çox xalis mənfəət əldə edib
Azərbaycanda “MİDA Kommunal” portalı istifadəyə verilib
KOBİA ötən ili mənfəətlə başa vurub
DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öhdəliklərini 59 % artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər