Bayden Qəzzanı danışıqlarda Misir və Qətərin təmsil etdiyini bəyan edib
sizinxeber.az xəbər saytı

Bayden Qəzzanı danışıqlarda Misir və Qətərin təmsil etdiyini bəyan edib


Qəzza zolağında mümkün yeni atəşkəs razılaşması üzrə danışıqlar davam edir. Fələstinin radikal “HƏMAS” hərəkatını danışıqlarda Misir və Qətər təmsil edir.

“Sizinxeber.az”un məlumatına görə, bunu ABŞ prezidenti Cozef Bayden Dohada aparılan danışıqlara münasibət bildirərkən deyib.

“Onları (HƏMAS liderlərini - Qeyd) həm qətərlilər, həm də misirlilər təmsil edir, biz burada danışarkən danışıqlar gedir”, - Bayden bildirib.

Qəzzada atəşkəs və “HƏMAS” hərəkatı tərəfindən girovların azad edilməsi üzrə danışıqların növbəti mərhələsi 15 avqusta tarixində Qətərin paytaxtı Doha şəhərində başlayıb. Misir, Qətər və ABŞ liderləri avqustun 9-da birgə bəyanat yayaraq, İsrail və HƏMAS-ı avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar.

Vasitəçilər həmçinin Baydenin əvvəllər irəli sürdüyü və BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi ilə dəstəklənən prinsiplərə əsaslanan yekun saziş layihəsini təqdim etməyə hazır olduqlarını açıqlayıblar.

Oxşar xəbərlər

İsrail HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsinə münasibət bildirib
Qətər, Misir və ABŞ İsrail və HƏMAS-ı atəşkəs danışıqlarını bərpa etməyə çağırıb
İran Qəzzada atəşkəs əldə edilməsi ilə bağlı danışıqlarda iştirak etməyəcək
“Reuters”: İsrail Qəzzada atəşkəs üçün yeni şərtlər irəli sürüb
Netanyahu Qəzza ilə bağlı Qahirəyə nümayəndə göndərilməsini təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər