Türkiyədə sərnişin avtobusu maneələrə çırpılaraq yanıb, ölən və xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Türkiyədə sərnişin avtobusu maneələrə çırpılaraq yanıb, ölən və xəsarət alanlar var


Türkiyənin Dənizli vilayətində sərnişin avtobusu maneələrə çırpıldıqdan sonra yanıb.

"Sizinxeber.az" yerli mətbuata istinadən xəbər verir ki, hadisə Sarayköy rayonunda qeydə alınıb.

Belə ki, 40 nəfərin olduğu avtobus idarəetmədən çıxaraq maneələrə çırpılıb, zərbə nəqliyyat vasitəsində yanğına səbəb olub. Qəza nəticəsində üç nəfər ölüb, daha 20 sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım xidməti, xilasedicilər, polis və jandarm əməkdaşları, habelə yanğınsöndürmə briqadası göndərilib.

Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb
Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılıb, xəsarət alanlar var
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, onlarla insan xəsarət alıb
Türkiyədə sərnişin avtobusu ilə minik avtomobili toqquşub, xəsarət alanlar var
Türkiyədə sərnişin avtobusu aşıb, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər