Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər
sizinxeber.az xəbər saytı

Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər


Suriyanın yeni hakimiyyəti Qətərlə strateji tərəfdaşlıq haqqında razılığa gəliblər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani Qətər hökumətinin başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə danışıqların yekunu üzrə bildirib.

"Humanitar yardım və strateji tərəfdaşlığa görə Qətərə bir daha təşəkkür edirik. Qətər Suriya xalqının keçdiyi çətin dövrdə bizim tərəfdaşımız olub və Suriyanın gələcəyinin qurulmasında tərəfdaşımız olacaq", - o deyib.

Əl-Şibaninin sözlərinə görə, danışıqlar zamanı Suriya nümayəndə heyəti Qətərin baş naziri ilə bütün strateji məsələləri müzakirə edib, həmçinin yeni Suriya dövlətinin qurulması və onun xarici siyasəti üçün yol xəritəsini təqdim edib. Nazir qeyd edib ki, bu yol xəritəsində bütün suriyalıların maraqlarını təmsil edən hökumətin formalaşdırılması da var.

Oxşar xəbərlər

Suriyanın keçid hökumətinin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyanın XİN rəhbəri Qətər, BƏƏ və İordaniyaya səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərakeş və Suriya diplomatik əlaqələrin gücləndirilməsi ilə bağlı razılığa gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya XİN rəhbəri ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya xarici işlər naziri Azərbaycana səfərə gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər