SEPAH: Hörmüz boğazı bağlanıb
SEPAH Hərbi Dəniz Qüvvələri Livana hücumların davam etməsinə görə Hörmüz boğazının bağlandığını açıqlayıb.
Sizinxeber.az-nın Tehran bürosunun məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Livanda İsrailin hücumlarının davam etməsi və ABŞ-ın atəşkəsin təmin olunması ilə bağlı öhdəliklərini pozmasına cavab olaraq Hörmüz boğazının bütün gəmilər üçün bağlandığını bəyan edib.
SEPAH Hərbi Dəniz Qüvvələrinin açıqlamasında bildirilib ki, Hörmüz boğazı bağlıdır və gəmilər bu bölgəyə yaxınlaşmamalıdır. Əks halda onların təhlükəsizliyi risk altına düşəcək.
Qeyd edək ki, bundan əvvəl SEPAH-ın Xatəmül-Ənbiya qərargahı Livanın cənubunda atəşkəsin pozulmasına cavab olaraq Hörmüz boğazında gəmi hərəkətinin yenidən dayandırıldığını açıqlamışdı.
Oxşar xəbərlər
SEPAH son sutkada 26 gəminin Hörmüz boğazından keçdiyini bildirib
SEPAH: Gəmilər Hörmüz boğazına yaxınlaşmamalıdır - YENİLƏNİB
SEPAH Hörmüz boğazında ABŞ-yə qarşı genişmiqyaslı əməliyyat keçirib
SEPAH: Son sutkada Hörmüz boğazından daha 15 gəmi keçib
SEPAH: Hörmüz boğazından 35 gəmi keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Makron üçüncü ölkələrdə miqrantların qaytarılması üzrə mərkəzlərin yaradılmasına qarşı çıxıb
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
ABŞ-nin yeni hərbi kontingentinin Litvaya gəlişinin anonsu verilib
