Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
sizinxeber.az xəbər saytı

Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb


Konqo Demokratik Respublikasında ebola qızdırmasından təsdiqlənmiş ölüm hallarının sayı 245-ə çatdı.

"Report"un Konqo Mətbuat Agentliyinə istinadən məlumatına görə, bu barədə səhiyyə naziri Samuel Roje Kamba xəstəliyin hazırkı alovlanma ocağına çevrilmiş İturi əyalətinin inzibati mərkəzi olan Bunia şəhərində keçirilən mətbuat konfransı zamanı bəyan edib.

"Hazırda epidemioloji vəziyyət belədir: 933 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, onlardan 245-i pasiyentlərin ölümü ilə başa çatıb. Ölüm göstəricisi 26 % təşkil edir. Stasionar müalicədə 416 nəfər var. 80 pasiyent tamamilə sağalıb və müalicə müəssisələrini tərk edib", - Səhiyyə Nazirliyinin rəhbəri dəqiqləşdirib.

O, ebolanın yayılmasına qarşı mübarizədə nəzərəçarpan irəliləyiş olduğunu deyib. Nazir xüsusilə infeksiya hallarının diaqnostikası prosesinin yaxşılaşmasına və yerli əhalinin tibbi strukturlara olan etimad səviyyəsinin yüksəlməsinə diqqət çəkib.

Kamba vurğulayıb ki, regionda təmasda olan şəxslərin sistematik şəkildə izlənilməsi daha çox sayda xəstənin aşkarlanmasına kömək edir. Bununla yanaşı, vətəndaşların ixtisaslaşdırılmış müalicə mərkəzlərinə müstəqil şəkildə müraciət etməsi ilə bağlı müsbət dinamika qeydə alınır. O həmçinin ebola xəstələrini qəbul edən tibb müəssisələrinin imkanlarının genişləndirildiyini dəqiqləşdirib.

"Belə xəstələr üçün xəstəxana yerlərinin sayı 516-ya qədər artırılıb. Ebola qızdırmasına yoluxanların müalicəsi üzrə fəaliyyət göstərən mərkəzlərin güclərinin artırılması istiqamətində işlər davam edir", - nazir qeyd edib.

Oxşar xəbərlər

Konqoda Eboladan ölənlərin sayı 150-yə çatır
Konqoda ebola virusundan ölənlərin sayı 100-ü keçib
Konqoda Ebola virusundan ölənlərin sayı kəskin şəkildə artıb
Konqoda Ebola virusundan ölənlərin sayı 86-ya çatıb
Konqoda bu il minə yaxın insan meymunçiçəyindən ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər