KİV: Qəzzadakı döyüşlərdə 188 jurnalist həlak olub
sizinxeber.az xəbər saytı

KİV: Qəzzadakı döyüşlərdə 188 jurnalist həlak olub


Qəzza sektorunda davam edən döyüşlər zamanı azı 188 jurnalist həyatını itirib.

“Report”un xəbərinə görə, bu barədə Liviyanın “Al Mayadeen” televiziyası məlumat yayıb.

Fələstin hökumətinin mətbuat xidmətinin məlumatına görə, 2023-cü ilin oktyabrında başlayaraq, Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən sonra Qəzza sektorunda həlak olmuş jurnalistlərin sayı 188-ə çatıb.

Qətərin “Al Jazeera” telekanalı 3 noyabrda Qəzza sektorunda 182 jurnalistin həlak olduğunu bildirmişdi. Televiziya kanalı həmçinin, bir çox media işçisinin ailələri ilə birlikdə öldürüldüyünü qeyd edib.

Yaxın Şərqdə vəziyyət 2023-cü ilin 7 oktyabrında Fələstiinin radikal HƏMAS hərəkatının Qəzza sektorundan İsrailə keçərək sərhəd bölgələrindəki yaşayış məntəqələrindəki sakinləri öldürməsi və girov götürməsindən sonra kəskinləşib. İsrail buna cavab olaraq HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və bütün girovların azad olunması məqsədilə Qəzza bölgəsində əməliyyata başlayıb.

Oxşar xəbərlər

Qəzza zolağında ölən jurnalistlərin sayı açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrail HƏMAS-ın tam məğlubiyyəti olmadan girovların azad edilməsinə razı deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Al Mayadeen: Qəzzada gedən döyüşlər zamanı 188 jurnalist həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada həlak olan fələstinlilərin sayı 43,5 min nəfəri ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada 500-ə yaxın tibb işçisi həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər