Parisdə leysan zamanı bir nəfər ölüb, xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Parisdə leysan zamanı bir nəfər ölüb, xəsarət alanlar var


Şiddətli yağışlar səbəbindən narıncı xəbərdarlıq elan edilən Fransanın paytaxtı Parisdə ağacın aşması nəticəsində 1 nəfər ölüb, 2 uşaq yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Parisien" qəzeti hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən xəbər yayıb.

Məlumata görə, hadisə Fransa paytaxtının 19-cu dairəsində baş verib.

"Bir kişi və iki uşaq yolda gedərkən ağac yolun kənarına aşıb. Kişi ağır yaralanıb və ölüb", - paytaxtın polis prefekturasından bildiriblər.

Qonşuların sözlərinə görə, mərhumun yanında məktəbdən apardığı iki azyaşlı qızı olub. Xəsarət alan uşaqlara təcili tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

İsraildə terrorçunun hücumu zamanı iki nəfər ölüb, xəsarət alanlar var
Xızıda avtomobil aşıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Xızıda yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB-3
Türkiyədə ağır yol qəzası olub, xəsarət alanlar var
Xızıda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle