Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb
Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin Baş katibinin müavini və Səhralaşma ilə mübarizə üzrə Konvensiyasının (UNCCD) icraçı katibi Yasmin Fuad ilə görüşüb.
Sizinxeber.az xəbər verir ki, görüşdə Azərbaycanda ekologiyanın qorunması, torpaq ehtiyatlarından səmərəli istifadə, eləcə də səhralaşma və quraqlıqla mübarizə üzrə həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda, IDEA İctimai Birliyi tərəfindən ölkəmizdə və regionda ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji dayanıqlılığın təşviqi istiqamətində icra olunan layihə və təşəbbüslər müzakirə olunub. Həyata keçirilən ağacəkmə aksiyalarının, yaşıllıq sahələrinin artırılmasının, mövcud meşə və ağac resurslarının qorunmasının iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması, torpaq deqradasiyasının qarşısının alınması və ekoloji tarazlığın qorunması baxımdan əhəmiyyəti xüsusi vurğulanıb.
Daha sonra Xəzər dənizinin səviyyəsinin enməsinin ekoloji və sosial-iqtisadi təzahürləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bu xüsusda Xəzər dənizində baş verən dəyişikliklərin sahilyanı ekosistemlərə, biomüxtəlifliyə və regionun ekoloji təhlükəsizliyinə mümkün təsirlərinə toxunulub. Məsələnin daha dərindən araşdırılması, həmçinin mümkün birgə həll yollarının müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə, həmçinin quraqlıq və səhralaşma kimi proseslərin vaxtında qarşısının alınmasının əhəmiyyəti, eləcə də IDEA İctimai Birliyi ilə UNCCD-nin ətraf mühitin mühafizəsi, quraqlığın və torpaq deqradasiyasının qarşısının alınması və ekoloji maarifləndirmə sahələrində mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Oxşar xəbərlər
Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak edib
Leyla Əliyeva Bəhreynin neft və ətraf mühit naziri ilə görüşüb
Leyla Əliyeva ÜST-nin yüksək səviyyəli tədbirində videokonfrans formatında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
