Türkiyədə ağır yol qəzası olub, xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Türkiyədə ağır yol qəzası olub, xəsarət alanlar var


Türkiyənin Muğla vilayətinin Milas rayonunda yanğınsöndürən maşın və xidməti mikroavtobus toqquşub.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 7 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım maşınları, xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Qəzanın başvermə səbəbi açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər