Xızıda avtomobil aşıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Xızıda avtomobil aşıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB


Xızı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub.

“Report”un yerli bürosu məlumat verir ki, Yaşma qəsəbəsində BMW “X 5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və daha bir nəfər (şəxsiyyəti - dəqiqləşdirilir - red) ölüb.

Qeyd edək ki, qəza nəticəsində daha 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbi araşdırılır.

23:35

Xızı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə rayonun Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

BMW “X 5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1 nəfər ölüb (şəxsiyyəti müəyyənləşdirilir - red), daha 3 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbi araşdırılır.

Oxşar xəbərlər

Xızıda avtomobil aşıb, ölən və xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı Quba yolunda qəza baş verib, ölən və xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsmayıllıda yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gədəbəydə avtomobil aşıb, 4 nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər