KİV: Britaniyanın baş naziri ölkədəki iğtişaşlar fonunda tətilini ləğv edib
Böyük Britaniyanın baş naziri Kir Starmer ölkədə davam edən miqrantlara qarşı iğtişaşlar fonunda tətilini ləğv edib.
“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Sky News” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, etirazlar başlayandan indiyədək ölkə üzrə 779 nəfər saxlanılıb. Onlardan 359-su ictimai asayişi pozmaqda ittiham olunub. Etirazlar zamanı onlarla hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, bir neçə mağaza, polis məntəqəsi və avtomobil yandırılıb. Son günlərdə müsəlman icmaları və solçu siyasi qüvvələrin nümayişləri nəzarətsiz immiqrasiya əleyhdarlarının nümayişlərindən daha çox etirazçı cəlb edib.
Böyük Britaniyanın onlarla şəhərində iğtişaşlara çevrilən etirazlar 10 gündən artıqdır ki, davam edir. İğtişaşlara səbəb İngiltərənin Soutport şəhərində baş vermiş faciə olub.
Belə ki, iyulun 29-da 17 yaşlı yeniyetmə Aksel Rudakubana uşaq rəqsi üzrə keçirilən dərsin iştirakçılarına bıçaqla hücum edib. Nəticədə üç həlak olub, daha səkkiz uşaq və iki böyük yaralanıb. Hücum edən şəxs saxlanılıb.
“The Times” qəzetinin yazdığına görə, Rudakubananın kökləri ruandalıdır, ailəsi vətənlərindəki soyqırımdan Böyük Britaniyaya qaçıb.
Oxşar xəbərlər
Böyük Britaniyanın Baş naziri ölkədəki iğtişaşlara görə tətilini ləğv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniyada iğtişaşlar zamanı 90-dan çox insan həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniyada iğtişaşların 100-ə yaxın iştirakçısına qarşı ittiham irəli sürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Venesuelada etirazlar zamanı təxminən 750 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniyada etirazçılar miqrantların qaldığı daha bir otelə hücum edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












