Böyük Britaniyanın Baş naziri ölkədəki iğtişaşlara görə tətilini ləğv edib
Böyük Britaniyanın baş naziri Keir Starmer ölkədə davam edən miqrantlara qarşı iğtişaşlar fonunda tətilini ləğv etməli olub.
APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “Sky News” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, etirazlar başlayandan indiyədək ölkə üzrə 779 nəfər saxlanılıb. Onlardan 359 nümayişçi ictimai asayişi pozmaqda ittiham olunub.
Böyük Britaniyanın onlarla şəhərində iğtişaşlara çevrilən etirazlar 10 gündən artıqdır ki, davam edir. İğtişaşlara səbəb Southport şəhərində baş vermiş faciə olub. İyulun 29-da 17 yaşlı yeniyetmə Aksel Rudakubana uşaq rəqsi üzrə dərsin iştirakçılarına bıçaqla hücum edib. Hadisə zamanı üç qız həlak olub, daha səkkiz uşaq və iki böyük də yaralanıb.
Hücum edən şəxs saxlanılıb. “The Times” qəzetinin yazdığına görə, Rudakubananın kökləri Ruandalıdır. Ailəsi vətənlərindəki soyqırımdan Böyük Britaniyaya qaçıb.
Qeyd edək ki, sksiyalar zamanı onlarla hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, bir neçə mağaza, polis məntəqəsi və avtomobil yandırılıb.
Oxşar xəbərlər
KİV: Britaniyanın baş naziri ölkədəki iğtişaşlar fonunda tətilini ləğv edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
