ABŞ sammitə qədər anti-Rusiya sanksiyalarını yumşaldıb
sizinxeber.az xəbər saytı

ABŞ sammitə qədər anti-Rusiya sanksiyalarını yumşaldıb


ABŞ Maliyyə Nazirliyi avqustun 20-dək iki ölkə prezidentlərinin Alyaskada görüşünün hazırlanması və keçirilməsi ilə bağlı bəzi maliyyə əməliyyatlarını Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan azad edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) sənədində deyilir.

Söhbət Alyaska ştatında keçiriləcək görüşlərdə iştirak üçün zəruri olan əməliyyatlardan gedir. Sənəddə vurğulanır ki, bu tədbir anti-Rusiya sanksiyaları altında bloklanmış heç bir aktivin dondurulmasını nəzərdə tutmur.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, liderlər Rusiya-Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə nizamlanmasına nail olmaq variantlarının müzakirəsinə diqqət yetirəcəklər.

Oxşar xəbərlər

Zelenski: Ukrayna Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitinin nəticələrini tanımır
Moskva Putin və Trampın növbəti görüşünün Rusiyada keçiriləcəyini gözləyir
Ukrayna Prezidenti Alyaska görüşündən sonra Trampa zəng etməyi planlaşdırır
Tramp Putinlə avqustun 15-də Alyaskada görüşəcək
KİV: ABŞ avqustun 8-də ikinci dərəcəli anti-Rusiya sanksiyaları tətbiq edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər