Zelenski: Ukrayna Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitinin nəticələrini tanımır
Ukrayna özünün iştirakı olmadan Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitinin qərarlarını tanımır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Youth Here” forumunda deyib.
“Ukraynasız Ukrayna haqqında danışmaq mümkün deyil və heç kim bunu qəbul etməyəcək. Ona görə də söhbət onların özləri üçün vacib ola bilər, lakin onlar bizsiz Ukrayna ilə bağlı heç nə qəbul edə bilməzlər. Ümid edirəm ki, ABŞ Prezidenti bunu başa düşür və nəzərə alır”, - o bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşmək planlarını açıqlamışdı. Bu danışıqları Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da təsdiqləyib və qeyd edib ki, liderlər Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə nizamlanması variantlarının müzakirəsinə diqqət ayıracaqlar. Uşakovun sözlərinə görə, Putinlə Trampın növbəti görüşü, güman ki, Rusiyada baş tutacaq.
Oxşar xəbərlər
Moskva Putin və Trampın növbəti görüşünün Rusiyada keçiriləcəyini gözləyir
Zelenski Putinlə sülh danışıqları aparmağa hazır olduğunu təsdiqləyib
ABŞ Prezidenti Ukrayna və Rusiya liderləri ilə üçtərəfli görüşü mümkün hesab edir
ABŞ Prezidenti Ukrayna məsələsini Putinlə müzakirə etmək niyyətindədir
Reuters: Tramp Rusiya və Ukrayna ilə mümkün sammitə açıqdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
